İlon Mask Ginnesin Rekordlar Kitabına düşdü - sərvət itkisinə görə


Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Mask bir ildə 182 milyard dollar itirməklə, tarixdə ən böyük şəxsi sərvət itkisinə məruz qalıb.


AFN.az İHA-ya istinadən xəbər verir ki, bu itki ilə Mask Ginnesin Rekordunu qırıb. "Tesla" və "SpaceX"-in qurucusu olan və keçən il Twitter sosial media platformasını satın alan Mask, tarixin ən böyük şəxsi sərvət itkisi rekordunu qırıb. Ginnesin Rekordlar Kitabı Muskın 2021-ci ilin noyabrından 2022-ci ilin dekabrına qədər təxminən 182 milyard dollar itirdiyini açıqlayıb. Sistem sərvət itkisi ilə bağlı dəqiq rəqəmi müəyyən etməyin mümkün olmadığını bildirib. Bir çox mənbələr bu rəqəmin 200 milyard dollara yaxın ola biləcəyini iddia edir. Forbes-in məlumatına görə, Maskın hazırkı sərvəti təxminən 138 milyard dollara düşüb.

Keçən il Twitter-i 44 milyard dollara satın alan Maskın 2021-ci ilin noyabr ayından bəri sərvət itkisi həm də 2000-ci ildəki 58,6 milyard dollarlıq rekord itkini keçib. Qeyd edək ki, ondan əvvəlki antirekordçu yaponiyalı investor Masayoshi Son idi.
Maskın dünyanın ən zəngin adamları statusunda yerini Louis Vuitton moda markasının sahibi fransız Bernard Arnault tutub. BBC-də aparılan təhlilə görə, elektrik avtomobil şirkəti "Tesla"nın səhmləri Musk Twitter-i aldıqdan sonra dəyər itirib. Bildirilir ki, "Tesla"nın səhmləri 2022-ci ildə 65% ucuzlaşıb və şirkət il ərzində yalnız 1,3 milyon avtomobil sataraq "Wall Street"in gözləntilərini geridə qoydu. Bununla belə, Maskın Twitter-i satın aldıqdan sonra çoxlu sayda işçini işdən çıxarması və məzmuna nəzarət siyasətlərini dəyişdirərək mübahisələrə səbəb olması da səhmlərin azalmasına səbəb kimi göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu