Twitter istifadəçi adlarını hərraca çıxaracaq


Twitter-in yeni rəhbəri, məşhur milyarder İlon Mask platformadan əldə edilə biləcək gəlirləri artırmağın yollarını axtarır.


AFN.az xəbər verir ki, ABŞ mətbuatında yer alan iddialara görə, bu planlara istifadəçi adlarının “auksion” yolu ilə satışa çıxarılması da daxildir.

Oktyabrın 28-dən İlon Maskın idarəçiliyində olan Twitter bir çox dəyişikliklərə və radikal qərarlara ev sahibliyi etməkdə davam edir. “New York Times” qəzetinin əldə etdiyi məlumata görə, şirkət istifadəçi adlarını onlayn hərrac vasitəsilə satmağı planlaşdırır. Elon Musk dekabr ayında illərlə giriş olunmayan və ya istifadə edilməyən təxminən 1,5 milyard hesabın istifadəçi adlarının ləğv ediləcəyini açıqlamışdı.

Hərrac planının da təxminən bu tarixdən nəzərdən keçirildiyi bildirilir. Twitter hələ ki, iddialarla bağlı rəsmi açıqlama verməyib.

Uzun müddətdir ki, dünyanın ən varlı adamı titulunu əldən verməyən İlon Mask son bir ildə təxminən 200 milyard dollarlıq sərvət itkisilə Ginnesin Rekordlar Kitabına düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu