İlon Mask istefa verir?


İlon Mask "Twitter"in rəhbərliyindən gedəcəyini açıqlayıb.


AFN.az xarici agentliklərə istinadən xəbər verir ki, amerikalı milyarder ancaq bu işi qəbul etməyə razılaşacaq axmağı tapdıqdan sonra baş direktor vəzifəsindən istefa verəcəyini deyib.

Mask bundan sonra yalnız proqram təminatı və server komandalarına rəhbərlik edəcəyini bildirib.

Xatırladaq ki, "Twitter"in yeni sahibi şirkətin başında qalıb-qalmamalı olduğu barədə sorğu keçirib. Sorğuda 17,5 milyon istifadəçi iştirak edib. Lakin səs verənlər arasında çoxlu botların olması da mümkündür. Nəticə Mask üçün ürəkaçan olmayıb. Respondentlərin 57%-dən çoxu onun getməsini istəyib. Sorğudan əvvəl Mask onun nəticələrini rəhbər tutacağına söz verib.

İlon Mask "Twitter"i 44 milyard dollara alıb. O, sosial şəbəkənin işini kökündən quracağına söz verib. Lakin şirkətin başına keçəndən hay-küylü qərarları ilə yadda qalıb. Bura yüzlərlə insanın işdən çıxarılması, ödənişli istifadəçi yoxlamasının tətbiqi və ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının blokdan çıxarılması da daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu