Disney-in minlərlə əməkdaşı işdən çıxaracağı iddia olunur



Bloomberg-in məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, şirkət bəzi rəhbər şəxslərindən illik xərclərin 20 faiz azaldılmasını istəyib.

AFN.az xəbər verir ki, ABŞ-ın əyləncə sənayesinin ən böyük şirkətlərindən biri olan Walt Disney-in illik xərclərinə 20 faiz qənaət etmək məqsədilə minlərlə əməkdaşını işdən çıxarmağı planlaşdırdığı iddia edilir.

Mənbələr bu qənaətin böyük hissəsinin minlərlə insanın işdən çıxarılması hesabına əldə ediləcəyini bildiriblər.

Bildirilir ki, sözügedən ixtisarlar Disney-in əyləncə parkları, televiziya kanalları və film studiyaları kimi fəaliyyət sahələrində çalışanlara təsir edəcək.

Şirkətin ötən il etibarilə dünya üzrə 231 min əməkdaşı olduğu məlumdur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu