Elon Musk: Tramp mənə səbəbsiz yerə zəng edir


Elon Musk ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəzən ona səbəbsiz yerə zəng etdiyini açıqlayıb.



"Tesla"nın Texas əyalətinin paytaxtı Ostində keçirilən illik səhmdarlar toplantısında podiuma çıxan Mask, Donald Trampın "Tesla Cybertruck"un böyük pərəstişkarı olduğunu da bildirib.

Mask Tramp haqqında danışarkən, "Dəqiq bilmirəm, onunla bəzi söhbətlərim olub və heç bir səbəb olmadan mənə zəng vurur. Bilmirəm niyə, amma zəng edir. Zəng edəndə də çox nəzakətli davranır" bildirib.

Elektrikli avtomobillərin gələcək üçün çox faydalı olduğunu və Amerika liderlərinin elektrik avtomobilləri sevdiyini qeyd edən Musk, "Məncə, dostlarınızın çoxunun indi "Tesla"sı var" deyib.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu