ABŞ-ın 13 ştatı DOGE-nin həssas məlumatlara girişini bloklamaq üçün məhkəməyə verəcək
![](/uploads/posts/2025-02/dogecoin-depophotos-1641681_1.jpg)
ABŞ-ın 13 ştatı iş adamı İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) qarşı onun həssas ödəniş sistemi məlumatları və məxfi məlumatlara çıxışını əngəlləmək üçün məhkəməyə müraciət edəcəklərini açıqlayıb.
ABŞ-da Arizona, Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Men, Merilend, Minnesota, Nevada, Nyu-Cersi, Rhode Island, Vermont və Nyu-York ştatları DOGE-yə qarşı hərəkətə keçiblər.
Sözügedən 13 əyalətin Demokrat Baş Prokurorları tərəfindən verilən ortaq açıqlamada "Dünyanın ən zəngin adamı Elon Mask "yox" sözünə öyrəşməyib, amma ölkəmizdə heç kim qanundan üstün deyil" ifadəsindən istifadə edilib.
Bəyanatda deyilir ki, prezident Donald Trampın seçdiyi hər kəsə şəxsi məlumatları vermək səlahiyyəti yoxdur və əlavə edilib ki, Tramp Konqres tərəfindən təsdiqlənmiş federal ödənişləri də saxlaya bilməz.
Açıqlamada DOGE-nin həssas məlumatlara çıxışının qanunsuz olduğu və haqsızlığa son qoyulması üçün məhkəməyə müraciət ediləcəyi vurğulanıb.