Rusiya: Ukrayna ordusunun istifadə etdiyi İzmayıl və Reni limanlarına hücum etdik
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun istifadə etdiyi İzmayıl və Reni limanlarına hücum edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar Odessa vilayətindəki limanlara qarşı həyata keçirilib.
AFN.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti barədə məlumat verilib.
Rusiya ordusunun gecə saatlarında Odessa vilayətindəki limanlara hücumlar təşkil etdiyi bildirilən açıqlamada, hücumlar zamanı Reni limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinin idarəetmə mərkəzinin, İzmayıl limanında isə ukraynalı hərbçilərin müvəqqəti yerləşdiyi məntəqənin, hərbi yüklərin daşınması və saxlanılması üçün istifadə edilən infrastruktur obyektlərinin vurulduğu qeyd edilib.
Açıqlamada hücum zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyi bildirilib.


