Tesla EMAG şirkətini almağı planlaşdırır
ABŞ-ın elektrik avtomobilləri istehsalçısı Tesla Almaniyanın istehsal sistemləri təchizatçısı EMAG şirkətini satın almaq niyyətindədir.
AFN.az xəbər verir ki, Almaniyanın antimonopoliya qurumuna cümə günü təqdim edilən sənəddə Teslanın bu satınalma ilə bağlı planlarını açıqladığı göstərilib. EMAG həmçinin humanoid robotlar üçün ehtiyat hissələri istehsal edir.
Planlaşdırılan sövdələşmənin detalları hələlik məlum deyil.
Tesla məsələ ilə bağlı şərh verməkdən imtina edib. EMAG isə şərh almaq üçün göndərilən sorğuya dərhal cavab verməyib.
Baş qərargahı Almaniyanın cənub-qərbində yerləşən Ştutqart şəhərinin yaxınlığında olan EMAG humanoid robotlar üçün ötürücü sistemlərin istehsalında istifadə edilən dəzgahlar hazırlayır.
