Vilyam Hacıyev azadlığa buraxıldı
İmişlinin sabiq icra başçısı Vilham Havıyev azadlığa buraxılıb.
AFN.az xəbər verir ki, məlumatlna görə, Xəzər Rayon Məhkəməsində V.Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb. Verilən qərarla o,, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.
Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və məhkumun xəstəliyini nəzərə alıb.
Vilyam Hacıyev 5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra onun cəzası 12 ildən 8 il 6 aya endirilib.
V.Hacıyev 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub.


