DİN: 83 cinayətin üstünün açılması təmin edilib
Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması təmin olunub.
AFN.az-a DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə 79, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılıb.
Yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər ailəsinə, dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
