Misirdə tanker yanğınında ölənlərin sayı 31-ə çatıb



Misirin paytaxtı Qahirənin qərbində yerləşən Giza şəhərində neft yüklü tankerdə baş verən yanğın nəticəsində ölənlərin sayı artıb. 

AFN.az xəbər verir ki, hadisə zamanı həyatını itirənlərin sayı 31-ə, xəsarət alanların sayı isə 21-ə yüksəlib.

Misir Səhiyyə Nazirliyinin yazılı açıqlamasında Giza şəhərinin Əl-Vərrak bölgəsindəki dairəvi avtomobil yolunun yuxarı hissəsində baş verən yanğının nəticələri ilə bağlı son məlumatlar paylaşılıb.

Məlumata görə, neft yüklü tankerdə başlayan yanğın nəticəsində ölənlərin sayı 31-ə, yaralananların sayı isə 21-ə çatıb.

Misir Baş Prokurorluğunun açıqlamasında isə Baş prokuror Məhəmməd Şövqinin çoxsaylı insan tələfatı ilə yanaşı, 27 minik avtomobili və motosikletin tamamilə yanmasına səbəb olan hadisə ilə bağlı dərhal istintaq başlanması barədə göstəriş verdiyi bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu