"Roblox" musiqi müəlliflərinə qonorar ödəyəcək


"Roblox" platformasında istifadə olunan musiqilərə görə bəstəkar, mahnı müəllifləri və musiqi nəşriyyatlarına 2027-ci ildən qonorar ödənilməsi nəzərdə tutulur.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, "Roblox" Britaniyanın musiqi hüquqlarını idarə edən "PRS for Music" təşkilatı ilə lisenziya müqaviləsi imzalayıb.

Noyabrın 25-də elan olunan razılaşma platformada musiqi əsərlərindən istifadəni əhatə edir. "PRS for Music" gələn ildən etibarən müqaviləyə daxil olan əsərlərin müəlliflərinə və hüquq sahiblərinə qonorar paylamağa başlayacaq.

Təşkilatın açıqlamasına görə, razılaşmanın əsas məqsədi rəqəmsal platformalarda musiqidən istifadə nəticəsində yaranan iqtisadi dəyərin əsərlərin yaradıcıları ilə bölüşdürülməsidir.

Müqavilənin maliyyə şərtləri, eləcə də konkret qonorar məbləğləri açıqlanmayıb.

"Roblox" istifadəçilərə öz oyunlarını və virtual məkanlarını yaratmaq imkanı verən platformadır. Şirkətin 2026-cı ilin üçüncü rübü üzrə hesabatında gündəlik aktiv istifadəçilərin orta sayının 138 milyon olduğu bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu