FIFA kiberhücum nəticəsində şəxsi və kommersiya məlumatlarının ələ keçirildiyini təsdiqləyib
FIFA kiberhücumun hədəfi olduğunu və bəzi şəxsi və kommersiya məlumatlarının ələ keçirildiyini təsdiqləyib.
AFN.az xəbər verir ki, qurumun sistemlərinə əməkdaşların kimliyinə bürünərək giriş əldə edən hakerlər tərəfindən müdaxilə edilib.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) kiberhücumla üzləşdiyini təsdiqləyərək bəzi şəxsi və kommersiya məlumatlarının oğurlandığını açıqlayıb.
FIFA-nın sözçüsü “Reuters” xəbər agentliyinə açıqlamasında qurumun kiberhücumun hədəfi olduğunu təsdiqləyib. O, şəxsi və kommersiya məlumatlarının oğurlandığını bildirərək, FIFA-nın məhdud sayda şəxsi və kommersiya məlumatlarına icazəsiz girişlə nəticələnən kiberhücuma məruz qaldığını qeyd edib.
FIFA-dan bir mənbə “The Athletic” nəşrinə açıqlamasında kiberhücumun həyata keçirən şəxs və ya qrupun sistemə texniki nasazlıqdan istifadə etməklə deyil, əməkdaşların kimliyinə bürünərək giriş əldə etdiyini bildirib.
FIFA hücumdan kimlərin təsirləndiyini, hadisənin nə vaxt baş verdiyini və ələ keçirilən məlumatların konkret olaraq hansı məlumatları əhatə etdiyini açıqlamayıb.
Ötən günlərdə isə özlərini Handsome Boy Hacking Club adlandıran qrup noyabrın 19-da “X” sosial şəbəkəsində FIFA-ya aid olduğunu iddia etdikləri faylların ekran görüntüsünü paylaşmış və 12 giqabaytdan çox sənədin oğurlandığını iddia etmişdi.
