Fransada etirazlarda 500-ə yaxın şagird xəsarət alıb



Fransada iki aydan artıqdır davam edən lisey şagirdlərinin etiraz aksiyaları zamanı yüzlərlə insan xəsarət alıb. 

AFN.az xəbər verir ki, ölkənin təhsil naziri Eduard Gefre etirazlar nəticəsində təxminən 500 şagirdin yaralandığını açıqlayıb.

Gefre paytaxt Parisdə Senatın Mədəniyyət, Təhsil, Kommunikasiya və İdman Komissiyasında liseylərdə keçirilən etiraz aksiyaları ilə bağlı açıqlamalar verib.

O, sentyabrın 17-də ölkədə başlayan lisey etirazları zamanı baş verən zorakılıq halları ilə əlaqədar cəza tədbirlərinin görüldüyünü bildirib. Nazir aksiyalar çərçivəsində 3 min şagird barəsində intizam araşdırmasına başlanıldığını xatırladıb.

Gefrenin sözlərinə görə, etirazlar zamanı baş verən zorakılıq hadisələri səbəbindən 400-dən çox şagird məktəbdən xaric edilib. O, həmçinin aksiyalar zamanı təxminən 500 şagirdin və 290 təhsil işçisinin xəsarət aldığını deyib.

Ölkədəki liseylərin üçdə ikisinin etirazlardan təsirləndiyini diqqətə çatdıran nazir şagirdlərin böyük əksəriyyətinin qanuni tələblərlə çıxış etdiyini vurğulayıb.

Fransada lisey şagirdləri sentyabrın 17-dən etibarən təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu