Fransada məktəblilərin etiraz aksiyalarında 5 mindən çox şəxs saxlanılıb
Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyaları zamanı bazar ertəsindən indiyədək 5 mindən çox şəxs saxlanılıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Loran Nünez açıqlayıb. Onun sözlərinə görə, cümə günü aksiyalarda iştirak edən 1747 nəfər saxlanılıb. Bu göstərici bir gün əvvəlki 1954 nəfərlə müqayisədə azdır.
nazir bildirib ki, oktyabrın 2-də 735 təhsil müəssisəsinin qarşısında nümayişlər keçirilib, onlardan 158-nə ziyan dəyib.
Yuxarı sinif şagirdlərinin etirazları ötən həftə paytaxt regionu İl-de-Fransda başlayıb, sonradan ölkənin digər ərazilərinə də yayılıb. Aksiya iştirakçıları dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
