Tramp Fransadakı etirazları miqrasiya siyasəti ilə əlaqələndirib
ABŞ Prezidenti Donald Tramp Fransada baş verənləri ölkənin miqrasiya siyasəti ilə əlaqələndirib.
AFN.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ Prezidenti Fransada kütləvi miqrasiyanın nəzarətdən çıxdığını iddia edib. O, ölkədəki hadisələrin məktəblərlə bağlı olmadığını, “İslamın bir vaxtlar böyük olan Fransanı ələ keçirmək istəyi” ilə əlaqəli olduğunu yazıb.
Fransada sentyabrın sonlarından etibarən lisey şagirdlərinin etirazları keçirilir. Nümayişçilər məktəblərdə müəllim çatışmazlığına, dərs saatlarının çoxluğuna və təhsil müəssisələrindəki digər problemlərə etiraz edirlər. Aksiyalar ölkə üzrə yayılıb və bəzi şəhərlərdə polis ilə toqquşmalarla müşayiət olunub.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlar başlayandan bəri 6 mindən çox insan saxlanılıb.
