Trampdan qurumlara miqrasiya siyasəti ilə bağlı göstəriş: İşi tamamlayın


ABŞ Prezidenti Donald Tramp bəzi böyük şəhərlərdə keçirilən etirazlara baxmayaraq, ölkədəki miqrantlara qarşı deportasiya və saxlanma tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.



Tramp başda Los-Anceles olmaqla böyük şəhərlərdə administrasiyanın miqrasiya siyasətini tənqid etmək məqsədilə keçirilən aksiyalarla bağlı Truth Social hesabında açıqlama yayıb.



Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinin (ICE) tarixdə qeyri-qanuni miqrantlara qarşı ən böyük kütləvi deportasiya əməliyyatını həyata keçirdiyini iddia edən Tramp “Heç nə bizi vəzifəmizi yerinə yetirməkdən çəkindirə bilməz” ifadəsini işlədib.



Tramp ICE əməkdaşlarına tarixdəki ən böyük və yeganə kütləvi deportasiya proqramını həyata keçirmək üçün əllərindən gələni etmələri barədə əmr verib.



Los-Anceles, Çikaqo və Nyu-York kimi şəhərlərdə qeyri-qanuni miqrantlara qarşı deportasiya və saxlanma tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayan Tramp, bu şəhərlərdəki Demokrat siyasətçiləri qeyri-qanuni miqrantlardan istifadə edərək seçici kütlələrini artırmaqda və ABŞ vətəndaşlarının işlərini və imkanlarını oğurlamaqda ittiham edib.



Tramp federal hökumətin qeyri-qanuni miqrantların ölkələrinə qaytarılması üçün işlərini davam etdirəcəyini bildirərək, ICE, Dövlət Departamenti və Müdafiə Nazirliyi də daxil olmaqla bir sıra qurumlara “İşi tamamlayın” göstərişi verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu