WSJ: Tramp miqrantlara qarşı genişmiqyaslı reyd keçirməyi planlaşdırır


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni administrasiyası ölkənin seçilmiş liderinin andiçmə mərasiminin ertəsi, yanvarın 21-də miqrantlara qarşı genişmiqyaslı reyd keçirməyi planlaşdırır.



Bu barədə yanvarın "Wall Street Journal" (WSJ) məlumat yayıb.

Reydin çərşənbə axşamı İllinoys ştatının Çikaqo şəhərində başlaması və həftənin sonunadək davam etməsi gözlənilir. Reydlər Nyu-York, Los-Anceles, Kaliforniya, Denver, Kolorado və Florida ştatının Mayami şəhərlərində də keçiriləcək. Bu zaman ilk növbədə cinayət keçmişi olan qeyri-qanuni miqrantlar müəyyən ediləcək.

Planla tanış olan dörd nəfərin sözlərinə görə, yeni Tramp administrasiyası gələn həftə Çikaqoda böyük bir immiqrasiya basqını planlaşdırır. Bu, yeni seçilmiş prezident Donald Trampın vəd etdiyi kütləvi deportasiya kampaniyasında ilk addımdır.

Qəzet qeyd edir ki, reyddə ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin 200-ə yaxın əməkdaşı iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu