Trampın qızı Kapitoliyə hücumla bağlı 8 saat ifadə verib


ABŞ-ın keçmiş Prezidenti Donald Trampın qızı İvanka Tramp Kapitoli binasına hücumun araşdırılması ilə məşğul olan komitəyə ifadə verib.


Bu barədə məlumatı “CNBC” telekanalı yayıb.

Məlumata görə, İvanka Tramp təqribən 8 saat ərzində ifadə verib.

Telekanal qeyd edib ki, bir neçə həftə əvvəl İvankanın həyat yoldaşı Cared Kuşner də 6 saatdan çox müddət ərzində eyni araşdırma üzrə suallara cavab verib.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 6-da Donald Tramp tərəfdarları yeni seçilmiş Prezident Cozef Baydenin qalibiyyətinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqres binasına basqın etmişdilər. Hadisə beş nəfərin ölümü ilə nəticələnmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu