Trampın Baydenə yazdığı məktub dörd il sonra üzə çıxıb



Donald Trampın 20 yanvar 2021-ci ildə hakimiyyətin təhvil-təslim mərasimi zamanı xələfi Co Baydenə qoyduğu məktubun tam mətni Baydenin noyabrın 17-də nəşr olunacaq "Promise Me, America" adlı yeni kitabı ilə üzə çıxıb. 

AFN.az xəbər verir ki, məktub dörd il ərzində ictimaiyyətdən gizli saxlanılıb.

Trampın Ağ Evin rəsmi blankında qara Sharpie markalı markerlə yazdığı və 46-cı prezident başlığını daşıyan məktub ictimaiyyətə açıqlanan sərt bəyanatlardan fərqli olaraq, kifayət qədər konstruktiv üslubdadır.

Seçkilərin nəticələri ilə bağlı etiraz və ya siyasi hücum ifadə edilməyən məktubda Tramp Oval kabinetin tarixi əhəmiyyətinə və prezident vəzifəsinin məsuliyyətinə diqqət çəkib.

Tramp məktubunda Baydenə tarixdəki yerini seçmək imkanının olduğunu və onun həm özünə, həm də Amerika xalqına sadiq qalacağına inandığını yazıb.

Co Bayden kitabında məktubdakı səmimi üslubla Trampın ictimaiyyət qarşısında nümayiş etdirdiyi sərt siyasi mövqe arasındakı ziddiyyətə toxunaraq, sanki iki fərqli Donald Tramp var idi fikrini ifadə edib.

Kitabda, həmçinin Trampın 2024-cü il seçkilərində qələbəsindən sonra ikili arasında keçirilən üzbəüz görüşün təfərrüatlarına yer verilib.

Baydenin sözlərinə görə, Tramp görüş zamanı dostyana münasibət nümayiş etdirərək, siyasət olmasaydı, onunla çox yaxşı dost ola biləcəklərini deyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu