Tramp Baydenə tez sağalmasını arzulayıb


ABŞ prezidenti Donald Tramp prostat xərçəngi diaqnozu qoyulan sələfi Co Baydenə tezliklə sağalmasını arzulayıb.



AFN.az xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsində paylaşım edib.



"Melaniya və mən Co Baydenin son tibbi diaqnozundan kədərlənirik. Biz keçmiş prezidentin həyat yoldaşı Jill və onun ailəsinə ən səmimi arzularımızı çatdırır, Coya tez və uğurlu sağalma arzulayırıq", - deyə Tramp yazıb.



Qeyd edək ki, Co Baydenə xərçəngin aqressiv forması diaqnozu qoyulub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu