Tramp Harrislə debatdan imtina edib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp vitse-prezident Kamala Harrislə yeni debatdan imtina edib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd bu barədə “Truth” sosial şəbəkəsində "Fox News"un debatların oktyabrın 24 və ya 27-də keçirilməsi təklifinə cavab olaraq yazıb.
"Proses artıq həddən artıq uzağa gedib, səsvermə artıq başlayıb - revanş olmayacaq!" - deyə Tramp yazıb və əlavə edib ki, Harris Baydendən fərqli bir şey etməyəcək: "Mənim fikrincə, debat keçirməyin mənası yoxdur".
Tramp bildirib ki, o, sentyabrın 4-də Harrislə debat üçün "Fox News"un keçmiş dəvətini qəbul edib, lakin o, bundan imtina edib. O, həmçinin qeyd edib ki, onun seçicilər arasında populyarlığı xüsusilə əsas ştatlarda artmaqdadır.