Trampdan Baydenə zarafat: Geri qayıtsa nə olar?!


Donald Tramp vitse-prezident Kamala Harrisin reytinqlərinin aşağı düşməsi fonunda hazırkı dövlət başçısı Co Baydenin prezidentlik yarışına qayıtması ilə bağlı zarafat edib.


AFN.az xəbər verir ki, bu haqda "The Hill" yazıb.

“Onun reytinqləri düşməyə başlayır. Bundan sonra kimin namizədliyini irəli sürəcəklər? Baydenin geri qayıtması necə olar?” – Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Co Bayden tərəfdarlarını Kamala Harrisin namizədliyini dəstəkləməyə çağıraraq seçki yarışından geri çəkilib. Bayden səlahiyyət müddətinin sonuna qədər dövlət başçısı kimi qalacağına və bütün diqqətini üzərinə düşən vəzifələri yerinə yetirməyə yönəldəcəyinə söz verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu