Bayden namizədliyini geri götürdü


ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə namizədliyini geri götürdüyünü açıqlayıb.



Qərarını açıqlayan bəyanatında Co Bayden prezidentlik müddətinin qalan hissəsində diqqətini prezident kimi vəzifələrini yerinə yetirməyə yönəldəcəyini bildirib. Bayden bu həftə qərarı ilə bağlı açıqlamalar verəcək.

Bu barədə ABŞ prezidenti sosial media hesabında paylaşdığı məktubda bildirib.

Prezident olduğu son 3,5 ildə Amerikada böyük irəliləyiş əldə edildiyini bildirən Bayden, "Biz demokratiyamızı mühafizə etdik və qoruduq" - deyə açıqlama verib.

Qərarı ilə bağlı yaxın günlərdə ictimaiyyətə müraciət edəcəyini bildirən Bayden, həmçinin vitse-prezident Kamala Harrisə fövqəladə tərəfdaşlığı üçün minnətdarlığını bildirib.

Bayden Amerika xalqına etimad və inamlarına görə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu