Bayden sabah seçkidən çəkilməsi ilə bağlı çıxış edəcək


ABŞ prezidenti Co Bayden iyulun 24-də seçkilərdə iştirakdan imtinasına həsr olunmuş nitqlə çıxış edəcək.


Bu barədə "The Washington Post" qəzetinin jurnalisti Tayler Peycer mənbələrə istinadən məlumat verib. O, X-dakı hesabında yazıb: "Planlarla tanış olan insanlara görə, Baydenin prezidentlik yarışından çıxışının rəsmiləşdirilməsi sabaha planlaşdırılıb".

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasının seçkilərdə hazırkı dövlət başçısı tərəfindən təmsil olunacağı güman edilsə də, Co Bayden iyulun 21-də o, yarışdan çıxmaq qərarına gəlib və vitse-prezident Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu