Tramp Papa Fransiskin dəfn mərasiminə qatılacaq


ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edəcəklərini bildirib.


AFN.az xəbər verir ki, bu barədə Amerika lideri özünün "Truth Social" hesabında paylaşıb.

“Melaniya və mən Romada Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyik” - deyə Tramp yazıb.

Bundan əvvəl “The New York Post” qəzeti ABŞ prezidentinin iş qrafiki ilə tanış olan mənbələrə istinadən yazıb ki, Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gələcəyi gözlənilir. Trampın özü isə dəfn mərasimində iştirak edib-etməyəcəyi haqda jurnalistlərin suallarını cavablandırmaqda çətinlik çəkmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu