KİV: Papa Fransiskin ölümünə səbəb insult ola bilər


Papa Fransiskin ölümünün səbəbi insult və ya beyin qanaması ola bilər.


AFN.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.

Bildirilir ki, onun ölümünün tənəffüs problemi ilə əlaqəsi yoxdur. Fransisk bundan əvvəl sətəlcəm səbəbiylə fevralın 14-dən martın 23-dək xəstəxanada müalicə olunub. Həkimlər bildiriblər ki, müalicədən sonra Fransisk xeyli zəifləyib. Bu, onun nadir çıxışlarında aydın görünürdü. O, ictimai tədbirlərdə iştirak etmirdi və çox az adam qəbul edirdi. Lakin aprelin əvvəlində Britaniya kral cütlüyü, eləcə də bir gün əvvəl qısa şəxsi görüş zamanı Fransiski Pasxa bayramı münasibətilə təbrik edən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens üçün istisna hal yaşanıb.

Sələfi XVI Benediktin (1927-2022) taxtdan getməsindən sonra 2013-cü ildən Roma Katolik Kilsəsinə rəhbərlik edən 266-cı Papa Fransisk aprelin 21-də 89 yaşında vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu