Papa Fransisk Rusiyanı taxıl müqaviləsini bərpa etməyə çağırıb

Papa Fransisk ənənəvi bazar günü xütbəsindən sonra Rusiyanı taxıl müqaviləsini bərpa etməyə çağırıb.
AFN.az xəbər verir ki, onun çıxışını "Reuters" yayıb.
"Qardaşlarımı və Rusiya hakimiyyətini taxılın təhlükəsiz şəkildə daşınması üçün Qara dəniz təşəbbüsünə qayıtmağa çağırıram" - deyə papa Fransisk bildirib.