Roma Papası HƏMAS-ı bütün girovları azad etməyə çağırıb


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Qəzza zolağının hərtərəfli blokadaya alınmasından ciddi narahatlığını ifadə edib. O, HƏMAS-ı həftəsonu İsrailə hücum zamanı alınan bütün girovları azad etməyə çağırıb.


"Bayramın matəm gününə çevrilməsinin şahidi olan ailələr üçün dua edirəm və girovların dərhal azad edilməsini xahiş edirəm" - deyə papa həftəlik auditoriya qarşısında çıxışı zamanı bildirib: ""Hücuma məruz qalanların özlərini müdafiə etmək hüququ var, lakin mən çoxlu günahsız qurbanların olduğu Qəzza zolağında fələstinlilərin yaşadığı ümumi blokadadan çox narahatam".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu