Roma Papasından Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına yardım çağırışı


Roma Papası Fransisk Vatikanda Suriya və Türkiyədəki zəlzələlərdən əziyyət çəkənlərə yardım çağırışı edib.


AFN.az-ın xəbərinə görə, Fransisk rəsmi qəbul zamanı belə bir çağırış səsləndirib. Bu haqda “Vatican news” məlumat verib.

Papa həmçinin din adamlarını zəlzələ qurbanları üçün dua etməyə, təbii fəlakətin dağıdıcı təsirinə məruz qalan bölgələrin sakinləri ilə həmrəylik nümayiş etdirməyə çağırıb.

“Türkiyə və Suriyadakı zəlzələdə ölənlər, eləcə də yaralılar, onların ailə üzvləri və insanları xilas etməyə çalışanlar üçün dua edirəm. Qoy bizim dualarımız onlara dəstək olsun”, - deyə Fransisk öz çıxışında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu