Roma Papası Rəisinin vəfatı ilə bağlı başsağlığı verdi


Roma Papası Fransisk İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onu müşayiət edən rəsmilərin helikopter qəzası nəticəsində vəfatı ilə bağlı başsağlığı verib.


Vatikandan verilən açıqlamaya görə, Papa Fransisk qəzada həyatını itirənlərlə bağlı başsağlığını İranın dini lideri Əli Xamneyiyə ünvanlayıb.

Papa başsağlığı mesajında ​​həyatını itirənlərin ailələrinə və bu çətin zamanda İran xalqına mənəvi yaxınlığını ifadə edib.

Prezident Rəisi mayın 19-da İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. Rəisi, xarici işlər naziri Abdullahiyan və bəzi rəsmilər geri dönərkən helikopter qəzası nəticəsində dünyasını dəyişiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu