Rəisinin vəfatı ilə bağlı başsağlığı mesajları davam edir


NATO helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan üçün başsağlığı verib.


Alyansın sözçüsü Farah Dakhlallah X sosial media platformasındakı paylaşımında Rəisi və Abdullahiyan da daxil olmaqla ekipaj üzvlərinin helikopter qəzasında həyatını itirməsi ilə bağlı İran xalqına başsağlığı verib.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell də başsağlığı mesajını çatdırıb. "Aİ bazar günü baş verən faciəvi helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər İran rəsmiləri ilə bağlı başsağlığı verir" - deyə Borrelin mesajında bildirilir. O, həmçinin bütün həlak olanların ailələrinə və qəzada zərər çəkən İran vətəndaşlarına başsağlığı verib.

İran Prezidenti İbrahim Rəisi dünən İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. Rəisi xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bəzi rəsmilərlə geri dönərkən helikopter qəzası keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu