Livanda Rəisinin ölümü ilə əlaqədar 3 günlük matəm elan edilib

Livanın baş naziri Necib Mikati İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olması səbəbindən ölkədə 3 günlük rəsmi matəm elan edildiyini və bayraqların yarıya endirildiyini açıqlayıb.
Mikatinin başsağlığı mesajını Livanın rəsmi xəbər agentliyi NNA paylaşıb.
Başsağlığı mesajında həmçinin Livanda matəm dövründə bütün rəsmi qurumlarda bayraqların yarıya qədər endiriləcəyi və dövlət televiziya və radiolarının proqramlarını bu ağrılı hadisəyə uyğun təşkil edəcəyi bildirilib.
İran prezidenti ötən gün İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. Rəisi xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bəzi rəsmilərlə geri dönərkən helikopter qəzası keçirib. Helikopterdəki bütün heyət həlak olub.