Aİ İran prezidentinin həlak olması ilə bağlı başsağlığı verdi


Avropa İttifaqı (Aİ) helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan üçün başsağlığı mesajı yayımlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel baş verən hadisə ilə bağlı səmimi başsağlığını bildirib.

O, hadisəni yaxından izlədiklərini bəyan edib və İranın tələbi ilə Kopernik Fövqəladə İdarəetmə Xidmətinin işə salındığını açıqlayıb.

Prezident Rəisi dünən İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. Rəisi xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bəzi rəsmilərlə geri dönərkən helikopter qəzası keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu