Tramp Notr-Dam kilsəsinin bərpadan sonra açılışı üçün Parisə gedəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimində iştirak etmək üçün Parisə gələcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, açılış mərasimi dekabrın 7-8-nə planlaşdırılıb.
“Mən beş il əvvəl dağıdıcı yanğından sonra tamamilə yenidən qurulan möhtəşəm tarixi Notr-Dam Katedralinin açılışında iştirak etmək üçün şənbə günü Parisə gedəcəyəm”, - deyə o, "Truth" sosial şəbəkə hesabında yazıb.
Bu Trampın noyabrda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra ilk xarici səfəri olacaq.