Kapitoliyada Donald Trampın andiçmə mərasimi başlayıb


Vaşinqtonda ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi başlayıb.



Tədbir Trampın özünün daha əvvəl elan etdiyi kimi "Capitol Rotunda"da baş tutacaq. Mərasim zamanı Tramp və vitse-prezident C.D.Vens and içəcəklər. Dövlət başçısı öz administrasiyasının əsas iş istiqamətlərini də açıqlayacaq.

Andiçmədən sonra 21 tüfəngli salam veriləcək. Mərasimdə müğənni Kid Rock və The Village People qrupu çıxış edəcək.

Qeyd edək ki, bir gün əvvəl Tramp öz tərəfdarlarına and içdiyi andan etibarən ABŞ-ın dörd illik tənəzzül dövrünü başa vuracağını vəd etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu