Obama Trampın hakimiyyətə gəlməsindən narahatdır: Baydeni kampaniyanı gücləndirməyə çağırıb
"Wall Street Journal" ABŞ-ın keçmiş prezidenti Barak Obamanın noyabrın 5-də keçiriləcək 60-cı prezident seçkilərində Donald Trampın yenidən hakimiyyətə gəlməsindən narahat olduğunu iddia edib. Nəşrin yazdığına görə, Obama Baydeni seçki kampaniyasını gücləndirməyə çağırıb.
Məqalədə bildirilir ki, ABŞ-ın hazırkı prezidenti Bayden və keçmiş prezident Obamanın nahar süfrəsi ətrafındakı görüşündən xəbərdar olan 3 rəsmi şəxs Obamann Baydenin seçki kampaniyası ilə bağlı fikirlərini bölüşüb. Onlar Obamanın Baydenə keçmiş kampaniya köməkçilərindən məsləhət almağı tövsiyə etdiyini və Bayden komandasının bunu etdiyini söyləyiblər.
Obama Baydenin seçki kampaniyasının aqressiv davam etməsinin lazım olduğunu deyib. Fikrini belə əsaslandırıb ki, Trampın namizədliyinin verilməsi məsələsi sürətlə həllini tapr. Obama Trampın yenidən hakimiyyətə gəlməsindən narahat olduğunu bildirib.
Rəsmilər, Baydenin seçki kampaniyasının gedişində daha yüksək səviyyəli qərar vericilərə ehtiyac duyduğunu bildirən Obamanın birbaşa ad çəkmədiyini, lakin 2008-ci il prezident seçkilərində kampaniyasını idarə edən "David Plouffe"nin adını çəkdiyini bildiriblər.