İranın təhdidlərinə görə Skott Bessent hərbi bazaya köçüb



ABŞ-ın maliyyə naziri Skott Bessentin İrandan gələn təhdidlər səbəbindən paytaxt Vaşinqtondakı evindən hərbi bazaya köçdüyü iddia olunur. 

AFN.az xəbər verir ki, “The New York Times” qəzetinin mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ rəsmiləri son həftələrdə, qismən Bessentə qarşı təhdidlərlə bağlı kəşfiyyat məlumatlarına əsaslanaraq, İranın hazırkı və keçmiş ABŞ rəsmilərinə qarşı həyata keçirdiyi sui-qəsd planlarının yeni mərhələyə keçdiyi qənaətinə gəliblər.

Bundan sonra Bessent bir müddətdir yaşadığı paytaxt Vaşinqtondakı evindən ayrılaraq hərbi bazada məskunlaşıb.

Məsələ ilə bağlı danışan ABŞ rəsmisi Bessentə qarşı təhdidin nə dərəcədə ciddi olduğuna dair məlumat verməyib. Bununla belə, İranın ABŞ-a və xarici ölkələrə qarşı hücum imkanlarının məhdud olduğunu bildirib.

ABŞ Maliyyə Nazirliyinin sözçüsü “The New York Times”a açıqlamasında Bessentin İran rejiminin təhdidlərindən çəkinməyəcəyini və İran iqtisadiyyatına təzyiq göstərməyə yönəlmiş kampaniyanı həyata keçirmək əzmində olduğunu bildirib.

Son dövrdə İran təhdidləri ilə bağlı iddialar səbəbindən Donald Tramp administrasiyasının digər rəsmiləri də təhlükəsizlik məqsədilə evlərindən köçüblər.

Bu şəxslər arasında Trampın aparat rəhbəri vəzifəsinə gətirilən Stiven Miller və keçmiş ədliyyə naziri Pam Bondi də olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu