ABŞ-dan İran neftinə yeni sanksiya


ABŞ administrasiyası İran neftini İraq mənşəli kimi bazara çıxardığına görə bir gəmiçilik və nəqliyyat şəbəkəsini sanksiya siyahısına daxil edib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran neftinin qaçaqmalçılığına görə bir gəmiçilik və nəqliyyat şəbəkəsinə sanksiya tətbiq edib.

Qeyd olunub ki, həmin şəbəkə İran neftini gizli şəkildə İraq nefti ilə qarışdıraraq fəaliyyət göstərib və bu neft yalnız İraq mənşəli kimi bazara çıxarılıb. Bu üsulla həm şəbəkənin rəhbəri – İraq və Sent-Kits və Nevis ikili vətəndaşlığına malik iş adamı Vəlid əs-Səmarra, həm də İran yüz milyonlarla dollar gəlir əldə edib.

ABŞ Maliyyə naziri Skott Bessent məsələyə münasibətində vurğulayıb ki, İraq terrorçular üçün təhlükəsiz sığınacaq halına gəlməməlidir. O, bu səbəbdən ABŞ-ın İranda ölkədəki təsirini məhdudlaşdırmaq üçün çalışdığını bildirib.

Bessent əlavə edib ki, neft gəlirlərini hədəfə almaqla İranın ABŞ və müttəfiqlərinə qarşı hücum qabiliyyəti daha da zəiflədiləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu