İraq və İranın neft nazirləri Bağdadda əməkdaşlıq sazişi imzalayıblar

İraqın neft naziri Hayyan Əbdülqəni və Bağdada səfər edən İranın neft naziri Muhsin Paknejad iki ölkə arasında təcrübə mübadiləsi və əməkdaşlıq müqavilələri imzalayıblar.
İraq Neft Nazirliyindən verilən yazılı açıqlamaya görə, İraq baş nazirinin müavini və neft naziri Əbdülqəni ilə İranın neft naziri Paknejad Bağdadda görüşüb.
Müxtəlif sektorlarda əməkdaşlıq mexanizmlərinin müzakirə olunduğu görüşdən sonra iki ölkə arasında təcrübə mübadiləsi və birgə əməkdaşlığı əhatə edən anlaşma memorandumları və sazişlər imzalanıb.
İraqın neft naziri Əbdülqəni ölkəsinin perspektivli təbii qaz investisiya layihələrinin olduğunu və neft törəmələri sahəsində peşəkarlığa nail olmaq üçün çalışdığını bildirib.