İran gündəlik neft hasilatını 4 milyon barrelə çatdırmağa çalışır


İranın neft naziri Cavad Ovci ölkəsinin gələn il gündəlik neft hasilatını 4 milyon barrelə çatdırmağı hədəflədiyini bildirib.



Bu barədə "Tesnim" Xəbər Agentliyinin məlumat verib.

Ölkəsinin 163 milyard barrel neft ehtiyatına malik olduğuna diqqət çəkən Ovci, hakimiyyətə gəldiklərində neft hasilatının gündəlik 2 milyon 100 min barrel səviyyəsində olduğunu, bu gün isə 3 milyon 400 min barrelə yüksəldiyini bildirib.

İranın Büdcə və Planlaşdırma Təşkilatının prezidenti Davud Menzur avqustun 13-də verdiyi açıqlamada ölkəsinin gündəlik neft ixracının 1 milyon 400 min bareli keçdiyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu