ABŞ-da 538 qeyri-qanuni mühacir saxlanılıb


Amerika Birləşmiş Ştatları terrorizmdə şübhəli bilinən biri də daxil olmaqla 538 qeyri-qanuni immiqrantı saxlayıb və yüzlərlə miqrantı deportasiya edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Carolyn Levitt özünün X səhifəsində bildirib.

“Tramp administrasiyası qeyri-qanuni immiqrantlar arasında cinayətkarları, o cümlədən terror şübhəlisini saxlayıb. Qeyri-qanuni immiqrantlar arasında yüzlərlə cinayətkar deportasiya edilib. Tarixdə ən böyük kütləvi deportasiya əməliyyatı davam edir", - Levitt bildirib.

Məlumata görə, saxlanılanlar arasında Venesuelanın əsas cinayət təşkilatı "Trena de Araqua"nın dörd üzvü və yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərdə ittiham olunan bir neçə qeyri-qanuni immiqrant da var.

Lakin hesabatda miqrantların konkret olaraq hara deportasiya edildiyi göstərilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu