Liviya 163 banqladeşli qeyri-qanuni immiqrantı deportasiya edib


Liviyanın Qanunsuz İmmiqrasiya ilə Mübarizə Bölməsi Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə əməkdaşlıq edərək 163 banqladeşli qeyri-qanuni immiqrantı deportasiya edib.



Bölmədən verilən açıqlamada Liviyada yaşamaq icazəsi olmayan qeyri-qanuni mühacirlərə qarşı əməliyyatların davam etdiyi bildirilib.

Qeyd olunub ki, BMqT ilə əməkdaşlıq çərçivəsində iyunun 10-da Benqazinin Benina hava limanından Banqladeş vətəndaşı olan 163 qeyri-qanuni mühacir öz ölkələrinə deportasiya edilib.

Digər tərəfdən Liviya Xüsusi Vəzifələr Departamentindən verilən açıqlamada Misrata şəhəri sahillərində bir qayıqda Sudan, Efiopiya və Banqladeşli 49 qeyri-qanuni immiqrantın tutulduğu bildirilib.

Açıqlamada 2 liviyalı insan qaçaqmalçısının da saxlanıldığı, mühacirlərin qanuni tədbir görülməsi üçün prokurorluğa təhvil verildiyi bildirilib.

Liviya Aralıq dənizi üzərindən qeyri-qanuni yollarla Avropaya getmək istəyən qeyri-qanuni miqrantlar üçün çıxış nöqtəsi olaraq görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu