Qeyri-qanuni miqrantlar Kanar adalarına üz tutub


İspaniyanın cənub-qərbindəki Kanar adalarına son 24 saatda 9 fərqli qayıqla 603 qeyri-qanuni immiqrantın gəldiyi açıqlanıb.


İspaniya Sahil Mühafizəsi qrupları və Kanar adalarının yerli hökumətləri tərəfindən mətbuata verilən məlumatlarda dünəndən etibarən Lanzarote, El Hierro, Grand Canary və Tenerife adalarına nizamsız immiqrant axınının olduğu bildirilib.

Şimali Afrika sahillərindən yola düşən 40-150 qeyri-qanuni immiqrantı daşıyan qayığa Sahil Mühafizə qrupları tərəfindən dənizdə müdaxilə edildiyi və immiqrantların sahilə çıxarıldığı bildirilib.

Aralarında qadın və uşaqların da olduğu ümumi sayı 603 nəfər olan qeyri-qanuni mühacirlərin sağlamlıq vəziyyətinin yaxşı olduğu paylaşılıb.

Kanar adalarının muxtar hökuməti isə İspaniya hökumətindən son vaxtlar artan qeyri-qanuni mühacir axınına qarşı lazımi tədbirlər görməsini və humanitar yardımın "şərəfli şəkildə həyata keçirilməsi" üçün daha çox maliyyə qaynağı köçürməsini istəyib.

Təkcə 2023-cü ilin avqust ayında bölgəyə təxminən 3 min qeyri-qanuni immiqrant gəlib ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 3 qat artım deməkdir.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatında yanvarın 1-dən avqustun 31-dək Kanar adalarına 11 min 459 qeyri-qanuni immiqrantın gəldiyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu