Liviya sahillərində 7 qeyri-qanuni immiqrantın cəsədi tapılıb


Liviyanın şərqindəki Sirte şəhərinin sahillərində 7 qeyri-qanuni mühacir cəsədinin tapıldığı açıqlanıb.



Liviya Sahil Təhlükəsizliyi Baş İdarəsi tərəfindən verilən açıqlamada, Sirte sahillərində tapılan qeyri-qanuni mühacirlərin cəsədləri ilə bağlı məlumat verilib.

Açıqlamada, şəxsiyyətləri hələlik müəyyən edilməmiş 7 qeyri-qanuni immiqrantın cəsədinin Sirtenin Um əl-Kəndil bölgəsindəki çimərlikdə tapıldığı və immiqrantların cəsədlərinin Bin Cavad əyalət xəstəxanasına təhvil verildiyi bildirilib.

Açıqlamada axtarışların davam etdiyi və məsələ ilə bağlı hüquqi proses başlanıldığı bildirilib.

Liviya Aralıq dənizi üzərindən qeyri-qanuni yollarla Avropaya getmək istəyən qeyri-qanuni miqrantlar üçün çıxış nöqtəsi olaraq görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu