Mərakeşdə miqrant gəmisinin batması nəticəsində 6 nəfər ölüb


Mərakeş sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 6 nəfər ölüb.


Mərakeş İnsan Haqları Dərnəyindən verilən yazılı açıqlamada ölkənin cənub bölgəsindəki Dakhla əyaləti sahillərində qanunsuz miqrantları daşıyan qayığın batdığı bildirilib.

Açıqlamada Kanar adalarına gedən qayıqda neçə nəfərin olduğu barədə dəqiq məlumatın olmadığı bildirilib.

Jurnalistlərə danışan Mərakeş İnsan Haqları Dərnəyinin Hənifra əyalətindəki rəsmisi Mohamed Zendur, qeyri-qanuni miqrantları daşıyan qayığın 24 iyul bazar ertəsi günü batdığını və indiyə qədər 6 nəfərin cansız cəsədinin tapıldığını qeyd edib.

Mərakeş rəsmilərindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Avropa sahillərinə yaxın coğrafi mövqeyinə görə Mərakeş qeyri-qanuni miqrantların sıx keçid məntəqəsi kimi istifadə etdiyi bölgələr arasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu