Tunis sahillərində batan qayıqdan 663 miqrant xilas edildi


Tunisin cənub sahillərində nizamsız miqrasiya cəhdi zamanı qayıqları çevrilən 5 miqrantın cəsədi tapılıb, 663 miqrant xilas edilib.



Tunis Milli Qvardiya Baş Administrasiyasının sosial media hesabından qeyri-qanuni miqrasiya təşəbbüsləri ilə bağlı açıqlama verilib.

Açıqlamada, "Sfax sahillərində qarşısı alınan 16 qeyri-qanuni köç cəhdində 5 immiqrantın cəsədi tapılıb, 663 immiqrant xilas edilib. Hərbi Dəniz Qüvvələri və silahlı qüvvələrin mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir" qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu