Tunis sahillərində miqrant gəmisi batıb


Tunisin Sfaks əyaləti sahillərində miqrantların olduğu qayıq batəb.


AFN.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. Qayıqda olan 23 nəfər isə xilas edilib. Bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, Sidi Mansur kəndinin sahilləri yaxınlığında içərisində 35 nəfərin olduğu taxta qayıq qəzaya uğrayıb. Qayıqda olan miqrantların əksəriyyəti Tunis vətəndaşlarıdır və gəmidə Sahara-altı Afrikadan olan bir neçə nəfərin olduğu da güman edilir.

İyulun sonunda Tunisin daxili işlər naziri Kamal əl-Faki bildirib ki, son altı ayda Tunis sahillərində dənizdən qayıqla Avropaya getməyə çalışan 900-dən çox qeyri-qanuni miqrant cəsədi çıxarılıb.

Hər gün Afrikanın cənub-şərqindəki yüzlərlə miqrant Tunis və Liviyadan İtaliyaya qayıqla keçməyə çalışır. Son aylarda dənizdə miqrant ölümləri ilə bağlı xəbərlər kəskin şəkildə artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu