İranın cənub sahillərində sərnişinləri daşıyan qayıq kəşfiyyat gəmisi ilə toqquşub və batıb


İranın cənub sahillərində içərisində 11 nəfərin olduğu qayıq kəşfiyyat gəmisi ilə toqquşaraq batıb, qayıqda olan sərnişinlər xilas edilib.



Fars Xəbər Agentliyinin Hörmüzqan Limanlar və Dəniz İdarəsinə əsaslanan xəbərinə görə, dünən gecə Hörmüz boğazı yaxınlığındakı Hörmüz adasından pis hava şəraiti ilə bağlı xəbərdarlıqlara məhəl qoymayaraq yola çıxan qayıq kəşfiyyat gəmisi ilə toqquşub.

Bildirilib ki, toqquşma nəticəsində batan qayıqda olan 11 sərnişin vaxtında əraziyə çatan qruplar tərəfindən xilas edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu