Nigeriyada qayıq qəzasında ölənlərin sayı 30-a çatıb


Nigeriyanın Niger əyalətində sentyabrın 10-da qayığın batması nəticəsində həyatını itirənlərin sayı 30-a yüksəlib.


Nigeriya Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin (SEMA) sözçüsü Hüseyn İbrahim verdiyi açıqlamada, 10 sentyabrda Mokva çayında sərnişinləri daşıyan qayığın batmasından sonra davam edən xilasetmə işlərində daha 4 nəfərin cəsədinin tapıldığını bildirib.

Qayıq qəzasında həyatını itirənlərin sayının 30-a yüksəldiyini bildirən İbrahim, 30 nəfərin də xilas edildiyini qeyd edib. İbrahim çoxlu sayda insanın itkin düşdüyünü və axtarışların davam etdiyini bildirib.

Sentyabrın 10-da Cabba bölgəsindən Nigeriyanın Niger əyalətinin Kainji bölgəsinə doğru yola çıxan qayıq Mokva çayında aşıb. Qayıqda təxminən 100 nəfərin olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu